Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İsrailin hücumu zamanı öldürülməsi ilə bağlı yayılan xəbərlər təkzib edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Sky News" məlumatlı mənbələrə istinadən məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bəşər Əsədin qardaşı İsrail raketinin QURBANI OLDU
Qeyd edək ki, Suriya mediası da bu barədə yayılan xəbərləri təkzib edib, Mahir Əsədin səhhətinin yaxşı olduğunu, xəsarət almadığını və hələ də iş başında olduğunu bildirib.
Suriya hakimiyyəti onun ölümünü nə təsdiq, nə də təkzib edib.
Bizim.Media