Rusiyada terror aktlarına cəhd: 8 nəfər TUTULDU

Rusiyada terror aktlarına cəhd: 8 nəfər TUTULDU

Hazırda oxunan: Rusiyada terror aktlarına cəhd: 8 nəfər TUTULDU

213798

Rusiya Federasiyasının İnquşetiya Respublikasında silsilə terror aktlarının və təxribatların qarşısı alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik (FSB) Xidməti məlumat yayıb. 
 

Bildirilib ki, Maqas və  Nəzran şəhərlərində enerji obyektlərində təxribat və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar hazırlayan 8 yerli sakin FSB əməkdaşları tərəfindən saxlanılıb.


Şübhəlilərdən biri həbs zamanı silahlı müqavimət göstərib və o, zərərsizləşdirilib. Digərləri həbs edilib. Əməliyyat zamanı təxminən 10 kq trotil tutumlu partlayıcı maddə, qumbaraatan, 5 avtomat, 9 tapança və 11 qumbara aşkar edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO