Rusiyada azərbaycanlıların olduğu minik avtomobili dəhşətli şəkildə qəzaya uğrayıb.
Bizim.Media bu barədə Rusiyadakı həmvətənlərimizə istinadən məlumat verir.
Samara vilayətində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 3 nəfər dünyasını dəyişib.
Dəhşətli hadisənin qurbanları 21 yaşlı Yusif Mehmanov, 28 yaşlı Rəşad İsgəndərli və 34 yaşlı Rəqif İsgəndərlidir.
Onların qohum, iki nəfərin isə qardaş olduqları bildirilir. Rusiyadakı soydaşlarımız Azərbaycandakı kimi, şimal qonşumuzda da yol nəqliyyat hadisələri ilə bağlı itkilərin çox olduğunu vurğulayıblar. Sözügedən hadisənin səbəbləri barədə təfsilatlı məlumat verilmir.
Dünyasını dəyişənlər Yardımlı rayonu, Vərgədüz kəndində anadan olublar. Onların cənazəsi sabah Vətənə yola salınacaq.
Bizim.Media