ABŞ Yaxın Şərqdə döyüş təyyarələrinin sayını artıracaq

ABŞ Yaxın Şərqdə döyüş təyyarələrinin sayını artıracaq

Hazırda oxunan: ABŞ Yaxın Şərqdə döyüş təyyarələrinin sayını artıracaq

213741

ABŞ yaxın günlərdə Yaxın Şərqdə yerləşdirdiyi hərbi təyyarələrin sayını artıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder yazılı açıqlamasında bildirib.
 

Qeyd olunub ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bölgədə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan “Abraham Lincoln”, ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya hücum gəmisi “USS Wasp”, həmçinin “F-22”, “F-15E”, “F-16” qırıcıları və “A-10” hücum təyyarələrinin sayının artırılmasına dair göstəriş verib.


Bəyanatda ABŞ-ın yaxın günlərdə müdafiə hava dəstəyi imkanlarını gücləndirəcəyi nəzərdə tutulur.

Vurğulanıb ki, İran və ya onun tərəfdaşları bu məqamdan istifadə edərək Amerika hərbçilərinə hücum edərsə və ya ABŞ-ın regiondakı maraqlarına zərər verərsə, Birləşmiş Ştatlar öz vətəndaşlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO