İsrail İran təyyarəsinə Beyruta enməmək barədə XƏBƏRDARLIQ ETDİ

İsrail İran təyyarəsinə Beyruta enməmək barədə XƏBƏRDARLIQ ETDİ

Hazırda oxunan: İsrail İran təyyarəsinə Beyruta enməmək barədə XƏBƏRDARLIQ ETDİ

213558

İrana məxsus sərnişin təyyarəsinin ekipajı İsraildən Beyrut beynəlxalq hava limanına enməmək barədə xəbərdarlıq alıb. 

Bizim.Media xəbər verir ki, “Sada al-Balad” telekanalı bu barədə Livan Nəqliyyat Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb. 

“İsrail ordusu İran təyyarəsinin ekipajı ilə danışığa başlayıb və onlara Beyrut hava limanına enişin arzuolunmaz olduğu barədə xəbərdarlıq edib”, - deyə məlumatda bildirilir. Nəticədə İran təyyarəsi Tehrana qayıtmağa məcbur olub. 

Qeyd edək ki, son günlər aviaşirkətlərin əksəriyyəti Livan-İsrail sərhədində gərginliyin artması və paytaxt Beyrutun mütəmadi bombardmanı səbəbindən ərəb ölkəsinə uçuşları dayandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO