ABŞ-ın Yekaterinburqdakı Baş Konsulu Emmi Storroy Uraldan ayrılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Baş Konsulluğun rəsmi Facebook səhifəsi yayıb.
Bundan əvvəl ABŞ Dövlət Departamenti Yekaterinburqdakı Baş Konsulluğun hazırda viza vermədiyini və Amerika vətəndaşlarına xidmət etmədiyini açıqlamışdı.
"ABŞ-ın Yekaterinburqdakı Baş Konsulluğu 27 ildir Ural və Qərbi Sibiri ABŞ-la birləşdirir, ABŞ vətəndaşları üçün viza və xidmətlər göstərir, ingilis dili kursları, tədbirlər, sahibkarlar üçün seminarlar və mübadilə proqramları keçirir. Komandamız bu bölgədə yaşayan insanlara səmimi münasibət bəsləyir. Bu illər ərzində qurduğumuz münasibətlər ikitərəfli əlaqələrin təməlidir”. Baş konsul vida müraciətində belə deyib.
"Evə qayıtdıqda amerikalılara bu bölgənin yaradıcılıq və enerji ilə dolu ruhunu və amerikalılarla rusların ortaq cəhətləri olduğunu izah edəcəyəm. Həm də onları pelemenə qonaq edəcəyəm! İnşallah tezliklə Yekaterinburqda yenidən işə başlayacağıq, ölkələrimiz arasındakı əlaqələri gücləndirəcəyik”. Müraciətdə belə deyilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:30 / 17.05.2021
ABŞ-ın Yekaterinburqdakı Baş Konsulu ölkəsinə qayıtdı
Hazırda oxunan: ABŞ-ın Yekaterinburqdakı Baş Konsulu ölkəsinə qayıtdı
Hazırda oxunan: ABŞ-ın Yekaterinburqdakı Baş Konsulu ölkəsinə qayıtdı
21338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.