Türkiyənin Milli Müdafiə Nazirliyi Yaxın Şərqdə növbəti gərginlik fonunda öz vətəndaşlarının Livandan mümkün təxliyəsi üçün plan hazırlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Türkiyə vətəndaşlarının münaqişə zonasından çıxarılması planları Türkiyə Xarici İşlər Nazirliyi ilə əlaqələndirilir:
“Livandan təhlükəsiz təxliyənin ilkin planlaşdırması və hazırlıq işləri davam edir. Bunun üçün bütün zəruri imkanlar mövcuddur”.
Qeyd edilib ki, Ankara Beyruta humanitar yardım olan yük göndərib və Livanda baş verənləri diqqətlə izləyir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:15 / 26.09.2024
Türkiyə öz vətəndaşlarının Livandan təxliyəsi üçün PLAN HAZIRLAYIR
Hazırda oxunan: Türkiyə öz vətəndaşlarının Livandan təxliyəsi üçün PLAN HAZIRLAYIR
Hazırda oxunan: Türkiyə öz vətəndaşlarının Livandan təxliyəsi üçün PLAN HAZIRLAYIR
213306
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.