Yaponiyada daşqınlar: 11 ölü var

Yaponiyada daşqınlar: 11 ölü var

Hazırda oxunan: Yaponiyada daşqınlar: 11 ölü var

213238

Yaponiyanın İşikava prefekturasında şiddətli leysan yağışların səbəb olduğu daşqınlar 11 nəfərin ölümünə səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı NHK telekanalı yayıb.

Mənbə yazır ki, ölüm hallarının doqquzu Vadzima, ikisi isə Suzu şəhərində qeydə alınıb.

Hakimiyyət orqanları, həmçinin Suzu və Noto şəhərlərində iki nəfərin itkin düşdüyünü bildirib. Vadzima şəhərində isə bir neçə nəfərlə əlaqə saxlamaq mümkün olmayıb. Axtarış-xilasetmə dəstələri itkin düşən şəxslərin axtarışını davam etdirir.

Qeyd edək ki, sentyabrın 21-22-də İşikava prefekturasında rekord leysan yağışları olub. Yağışlar nəticəsində baş verən güclü sel və torpaq sürüşmələri böyük fəsadlar törədib. Hakimiyyət orqanları əhalini diqqətli olmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO