Tramp Zelenskini "tarixin ən yaxşı taciri" adlandırıb

Tramp Zelenskini "tarixin ən yaxşı taciri" adlandırıb

Hazırda oxunan: Tramp Zelenskini "tarixin ən yaxşı taciri" adlandırıb

213212

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini "tarixin ən yaxşı taciri" adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Aif.ru" saytı yazıb.

Trampın sözlərinə görə, Zelenskinin ABŞ-a hər səfəri onun milyardlarla dollar alması ilə başa çatır.

O, qeyd edib ki, Ukrayna prezidenti səfərlərindən sonra 60 milyard dollara çatan məbləğlə yola düzəlir.

Tramp, həmçinin əlavə edib ki, Zelenski qarşıdan gələn seçkilərdə demokratları dəstəkləyir, çünki onlardan maliyyə yardımı alır. O, seçkidə qalib gələrsə, ilk növbədə həm Zelenski, həm də Rusiya Federasiyasının rəhbəri Vladimir Putinlə əlaqə saxlayıb, tərəfləri sülh sazişi bağlamağa çağırmaq niyyətindədir.

Bundan əvvəl Zelenski bildirib ki, Trampın Ukraynadakı münaqişəyə son qoymaq planı yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO