Ərdoğan BMT tribunasında Türk Dövlətləri Təşkilatının artan nüfuzundan danışdı

Ərdoğan BMT tribunasında Türk Dövlətləri Təşkilatının artan nüfuzundan danışdı

Hazırda oxunan: Ərdoğan BMT tribunasında Türk Dövlətləri Təşkilatının artan nüfuzundan danışdı

213030

Türk dövlətləri bundan sonra da birlik və vəhdətin artmasını hədəfləyəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərək bildirib.

Türk Dövlətləri Təşkilatının (TDT) nüfuzunun artmasını qeyd edən dövlət başçısı vurğulayıb ki, TDT platforması getdikcə daha cəlbedici olur.

Türkiyə lideri dünyada böhranların və müharibələrin artmasına diqqət çəkərək, Birləşmiş Millətlər Təşkilatı platformasının artıq effektiv olmadığını və bəşəriyyətin gözləntilərinə cavab vermədiyini qeyd edib. Bu baxımdan o, BMT-nin yaradılmasının əsasında dünyada sülh və sabitliyin təmin edilməsi ideyasının durduğunu xatırladıb.

“Son illərdə BMT “tərk edilmiş” struktur xarakteri alır. Biz hesab edirik ki, qlobal sülh və sabitlik məsələləri olduqca vacibdir və onlar BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün ümidinə buraxıla bilməz”, - deyə Ərdoğan dünya təşkilatında islahatlara çağırıb.

Ərdoğan Parisdə 2024-cü il Olimpiya Oyunlarının açılışını “rüsvayçılıq” adlandırıb. “Olimpiadanın açılış mərasimindən kadrlar cəmiyyətin sütunu olan ənənəvi ailə institutuna təhlükənin miqyasını bir daha nümayiş etdirdi. İdman tədbiri müqəddəs dəyərlərə hörmət edən hər kəsi dərindən yaralayan “cinssizliyin” təbliği platformasına çevrilib”, - deyə Türkiyə lideri bildirib.

Dövlət başçısı vurğulayıb ki, cəmiyyətlərə gender fərqlərindən imtina etmək ideyasını zorla qəbul etdirmək cəhdləri qlobal xarakter alır. “Türkiyə tərəddüd etmədən ailənin müdafiəsinə duracaq. Bütün ölkələri mübarizəmizi dəstəkləməyə dəvət edirəm”, - deyə Ərdoğan qeyd edib.

“Ümid edirəm ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ekoloji problemlərin həllinə öz töhfəsini verəcək”, - deyə o vurğulayıb.

Türkiyə lideri dünya ictimaiyyətini ətraf mühitin müdafiəsi üzrə fəal addımlara çağırıb.

Prezident buna misal olaraq BMT səviyyəsində dəstəklənən və Türkiyə liderinin xanımı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən “Sıfır tullantı” ekoloji təşəbbüsünün uğurunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO