Vatikanın müsəlman VERSİYASI – İslamın mərkəzini Albaniyaya köçürmək KİMİN PLANIDIR?

Vatikanın müsəlman VERSİYASI – İslamın mərkəzini Albaniyaya köçürmək KİMİN PLANIDIR?

Hazırda oxunan: Vatikanın müsəlman VERSİYASI – İslamın mərkəzini Albaniyaya köçürmək KİMİN PLANIDIR?

212923

Xəbər verdiyimiz kimi Albaniyanın paytaxtı Tiranada Romadakı Vatikana bənzər cırtdan dövlətin yaradılması planlaşdırılır. Lakin bu “dövlət” katoliklər üçün deyil, mötədil müsəlman bektaşi icması üçün nəzərdə tutulub.

Bununla bağlı informasiyanı ölkənin baş naziri Edi Rama və bektaşi sufi ordeninin dini lideri Baba Mondi kimi tanınan Edmond Brahimay yayıb. 

Yeni “İslam dövləti” nədir?
 

MÖVZU İLƏ BAĞLI:

Albaniyada müsəlmanlar üçün mikrodövlət yaradılır? - VATİKAN KİMİ


Məlumdur ki, Qərb İslamın əsaslarını sarsıtmaq üçün əsrlər boyu müxtəlif fitnələrə əl atıb. XX əsrin sonlarında dünyanın idarə olunmasında xristian aləminin güclənməsi İslam dünyası üçün yeni təxribatlara yol açdı. 

Onu da qeyd edək ki, Vatikanın xeyir-duası və qlobal güclərin İslam dünyasına daxildə bir, üzdə isə fərqli baxışı olub. Bütün layihələrin mahiyyəti də bu olub ki, İslam dünyası vandalizmin, vəhşiliyin, irqi və dini ayrıseçkiliyi ən pis forması kimi göstərilsin, təbliğ və təşviq edilsin. 

Öz çirkin hədəflərinə çatmaq üçün həmin qüvvələr öz xalqlarının və dindaşlarının ölümünə belə fərman veriblər. Belə ki, dünyanın müxtəlif ölkələrində elə həmin dövlətlərin əli ilə təşkil edilən terrorları və təxribatları bir qayda olaraq islamçı qüvvələrlə bağlayıblar. Bununla da İslamın Avropaya və Amerikaya yayılmasının qarşısını almağa çalışıblar. 


Amma ən azı 200 illik mübarizədən sonra birdən-birə Avropanın mərkəzində yeni bir İslam dövlətinin yaradılması olduqca təəccüblü və qəribə görünür. Bunu maraqlı edən məsələnin digər tərəfi də odur ki, bu ideyanın“The New York Times” kimi nəşr tərəfindən təşviq edilməsidir. 

Bəs, mühafizəkar Qərb bu layihə ilə nəyi hədəfləyir?

Məlumdur ki, “The New York Times” qəzeti də digər populyar nəşrlər kimi ABŞ-ın xüsusi xidmət orqanlarından tezis alır. Yəqin ki, yeni “İslam dövləti”ni təşviq etmək tapşırığı Vatikandan və ABŞ-ın xüsusi xidmət orqanlarından gəlib. Təsadüfi deyil ki, nəşr öz yazısında yeni “İslam dövləti”ni tez-tez Vatikan dövləti ilə müqayisə edir. 

Bildiyimiz ki, Vatikan müstəqil dövlət olmaqdan öncə dünyadakı katoliklərin dini mərkəzidir. Tiranada “Bektaşi Ordeninin Suveren Dövləti” adlı yeni dövlət qurumunun da hədəfi müsəlmanlar üçün yeni dini mərkəzin formalaşdırılmasıdır. Hazırda müsəlmanlar Qüdsü və Məkkəni İslamın mərkəzi bilir və qəbul edirlər. Lakin Qərb müsəlmanlar üçün yeni dini mərkəz hazırlayır. Bu mərkəz dünyaya həm də yeni İslam modeli təqdim edəcək.

Belə ki, gələcək şəhər-dövlət ərazisində spirtli içkilərdən istifadəyə icazə veriləcək, qadınlardan hicab taxmaq tələb olunmayacaq və istədiklərini geyinməyə icazə veriləcək. 

Təkcə bu qaydalar siyahısına baxarkən hədəfin nə olduğunu görmək olur. Guya əsl müsəlman spirtli içkiyə də, hicabsızlığa da və respetsiz-qadağasız həyat tərzinə də sərhəd qoymamalıdır. 

Nəzərə alaq ki, Albaniyada çiçəklənən Bəktaşilər Balkanlarda və Türkiyədə sufilərin ən nüfuzlu məzhəblərindən biridir. Ən əsası mötədil İslamı təbliğ edir və İslamın şəriət normaları çərçivəsində şərhindən xeyli kənara çıxırlar. Ona görə də Tiranada yeni “İslam dövləti”nin yaradılması təsadüfi bir məsələ deyil. Bu çox çirkin planların ilk işartılarıdır.

Təbii ki, Qərbin İslam dəyərlərini sarsıtmaq və dünyaya yeni İslam modelini təqdim etmək ideyası ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. 

Bu layihənin arxasında çirkin və böyük hədəflərin olduğu deyilir.

İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib ki, Qərbin Vatikan nümunəsində yeni mikro İslam dövləti qurmaqda bir neçə məqsədi var:

“Məzhəbçiliyi İslamın geniş yayıldığı Avropada rəsmən, fətvalarla, hökmlərlə qızışdırmaq və bundan məhrumedici qərarlar çıxarmaqla İslama qarşı istifadə etmək. Eləcə də, özlərinin istədiyi İslam modelini qurub dünyada onu əsl İslam kimi təqdim etməklə İslamı sanki həmin dövlət kimi kiçildərək təqdim etməkdir. İranın məhzəbçilik ideoloji xəttini istədiyi kimi idarə etsə də, lazımı effekti ala bilməyən Qərb artıq müsəlmanlar üçün ikinci bomba hazırlamaqdadır. Bəktaşilik şiə yönümlü təriqətidir və heç bir fiqhi hüquq sistemi yoxdur, eynilə Səfəvilik təriqəti kimi”. 

Müsahibimiz onu da qeyd edib ki, yeni “dövlət” üçün Qərb özü hüquqlar yazacaq:

“Çünki fiqhi əsası olmayan qurum dövlət ola bilməz. Belə asanlıqla, razılıqla bu dövlətin qurulmasına doğru addımlar şübhəsiz ki, Qərbin dərin dairələri tərəfindən planlaşdırılıb və İslam dinini təhrif etməyə, onun əsaslarını dəyişməyə, özlərinin istədiyi üsulda göstərməyə xidmət edir. “Parçala, hökm sür” siyasəti əsasında bu iş görülür. 

Nəzərə alaq ki, İslam dinində təriqətçilik haramdır və qurulan dövlət də təriqət adını daşıyıb, təriqətçilik prinsipləri əsasında fəaliyyət göstərəcəksə bu, İslama, ümmətə yox, Qərbin planlarına xidmət üçün hazırlanır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO