Ərdoğan: Regionda sülh kontekstində Azərbaycan və Ermənistan üçün mühüm fürsət yaranıb - FOTO

Ərdoğan: Regionda sülh kontekstində Azərbaycan və Ermənistan üçün mühüm fürsət yaranıb - FOTO

Hazırda oxunan: Ərdoğan: Regionda sülh kontekstində Azərbaycan və Ermənistan üçün mühüm fürsət yaranıb - FOTO

212705

Regionda uzunmüddətli sülhün və sabitliyin təmin edilməsi kontekstində Azərbaycan və Ermənistan üçün mühüm fürsət yaranıb.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində ABŞ-ın bir sıra beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Türkiyənin prinsipial mövqeyi fikir ayrılıqlarının aradan qaldırılmasına, sülhə və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verməkdir.

“Biz dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, habelə beynəlxalq hüquq normalarına hörməti sarsılmaz hesab edirik. Müasir dünyanın bu prinsiplərə hər zaman olduğundan daha çox ehtiyacı var”, - deyə o vurğulayıb.
 

Türkiyə Prezidenti qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün çoxqütblü dünya nizamını gücləndirmək lazımdır. Ərdoğan BMT Təhlükəsizlik Şurasının strukturunda islahatlara çağırıb. O əlavə edib:


“İkinci Dünya müharibəsindən sonrakı dövrdə yaranan ikiqütblü dünya, eləcə də birqütblü dünya artıq tarixə qovuşub”.

“BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün maraqları dünyadakı proseslərin gedişini müəyyən edə bilməz. Dünya beş dövlətdən böyükdür və mən bunu BMT Təhlükəsizlik Şurasının tribunasından bir daha bəyan edəcəyəm”, –deyə Türkiyə lideri daha sonra bildirib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO