NATO ölkələri Ukraynanın alyansa üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər - Stoltenberq

NATO ölkələri Ukraynanın alyansa üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər - Stoltenberq

Hazırda oxunan: NATO ölkələri Ukraynanın alyansa üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər - Stoltenberq

212650

Şimali Atlantika Alyansında Ukraynanın ona qoşulması məsələsində vahid mövqe yoxdur. Ona görə də ölkəyə dəvət göndərmək mümkün deyil.

Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"Müttəfiqlərin yekdil razılığı olmadan Ukraynanı alyansa qoşulmağa dəvət etmək olmaz. Bu qərar konsensus tələb edir. Konsensus isə, bizdə hələ ki, yoxdur" - o, "Foreign Policy" saytında dərc olunan müsahibəsində deyib.

Bundan əvvəl Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirmişdi ki, Qərbdə ictimai rəyi öyrənmək üçün Ukraynanın hissə-hissə NATO-ya mümkün qəbulu ilə bağlı təkliflər səslənməyə başlayıb.

Xatırladaq ki, ABŞ senatoru Rand Paul hesab edir ki, NATO-nun Ukraynaya alyansa üzv olmaq vədi ən pis həll yoludur. O vurğulayıb ki, digər ölkələrin alyansa dəvət edilməsi blokun hazırkı üzvlərinin təhlükəsizliyini yaxşılaşdıracağı təqdirdə baş verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO