ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp etiraf edib ki, iki sui-qəsddən sonra ailə üzvlərinin təhlükəsizliyindən narahat olmağa başlayıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Trampın qolf klubunun qarşısında ATIŞMA OLDU - FOTO/VİDEO
Trampın sözlərinə görə, o, adətən belə mövzulardan danışmır.
“Amma bəli, ailəm üçün narahat olmağa başlamışam”, - Tramp vuğulayıb.
Xatırladaq ki, 78 yaşlı D.Tramp iyulun 14-də Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o qulağından yaralanmışdı. Bu ayın 15-də də keçmiş ABŞ liderinə qarşı daha bir sui-qəsd cəhdi olub.
Bizim.Media