İtaliyada bina uçdu: 2 azyaşlı həyatını itirdi

İtaliyada bina uçdu: 2 azyaşlı həyatını itirdi

Hazırda oxunan: İtaliyada bina uçdu: 2 azyaşlı həyatını itirdi

212604

İtaliyanın Neapol əyalətinin Saviano şəhərində iki mərtəbəli bina təbii qazın partlayışı nəticəsində uçub.

Bizim.Media xəbər verir ki, partlayış binanın ikinci mərtəbəsində baş verib. Əraziyə yanğınsöndürənlər və xilasetmə qrupları cəlb olunub.
 

Tikilinin çökməsi nəticəsində 6 nəfər dağıntılar altında qalıb. Xilasetmə qrupları tərəfindən iki nəfər dağıntılar altından sağ çıxarılıb. 


Onlar xəstəxanaya çatdırılıb, birinin vəziyyəti ağırdır.

Dağıntılar altından iki azyaşlının cəsədi çıxarılıb. Hazırda iki nəfərin axtarışları davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO