Argentinanın San Luis əyalətində 6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Mənbə qeyd edir ki, yeraltı təkanların episentri 183 minə yaxın insanın yaşadığı San-Luis şəhərindən 158 km şimal-qərbdə, zəlzələ ocağı 129 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bizim.Media