Zelenski: “Tərəfdaşlarımız qorxduqları üçün Rusiyanı vurmağa icazə vermirlər”

Zelenski: “Tərəfdaşlarımız qorxduqları üçün Rusiyanı vurmağa icazə vermirlər”

Hazırda oxunan: Zelenski: “Tərəfdaşlarımız qorxduqları üçün Rusiyanı vurmağa icazə vermirlər”

212465

“Ukrayna Rusiya Federasiyasının ərazisində uzaqmənzilli silahlardan istifadə etməyib. Tərəfdaşlarlarımı eskalasiyadan qorxduqları üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə vermirlər .

Bizim.Media “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski səsləndirib.

“Bizim uzaq mənzilli silahlarımız var. Amma bizə lazım olan miqdarda deyil. Ancaq buna baxmayaraq, bizdə Storm Shadow, ATACMS, SCALP raketləri var. Amma nə Amerika, nə də Böyük Britaniya bizə bu silahları Rusiya ərazisində, heç bir məsafədə heç bir hədəfə qarşı istifadə etməyə icazə vermədi. Biz Rusiya Federasiyasının ərazisində uzaqmənzilli silahlardan istifadə etməmişik”, - deyə Zelenski jurnalistlərlə görüşündə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO