ABŞ Qiymətli Kağızlar Komissiyası milyarder İlon Maskı “Twitter”i (“X” sosial şəbəkəsi) alması ilə bağlı məhkəmə iclasına gəlmədiyinə görə sanksiyalarla hədələməyi xahiş edib.
Bizim.Media xəbər verir ki, u barədə CNN məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
"Komissiya hesab edir ki, Musk məhkəmə qərarını pozub, bu qərarda iclasın başqa vaxta keçirilməsi üçün Komissiyanın yazılı razılığı tələb olunur", - hesabatda deyilir.
Məlumata görə, məhkəmə iclası sentyabrın 10-na təyin edilib. Lakin Mask “SpaceX” şirkətinin buraxılışında iştirak etdiyi üçün məhkəməyə gəlməyib.
Komissiya israr edir ki, milyarderin vəkilləri bu barədə əvvəlcədən xəbərdarlıq etməli idilər.
Telekanalın məlumatına görə, komissiya Maskın oktyabrda keçiriləcək iclasa gəlməsi üçün lazımi tədbirlərin görülməsini məhkəmədən tələb edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:30 / 21.09.2024
İlon Mask sanksiyaların HƏDƏFİNDƏ
Hazırda oxunan: İlon Mask sanksiyaların HƏDƏFİNDƏ
Hazırda oxunan: İlon Mask sanksiyaların HƏDƏFİNDƏ
212450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.