Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə başlayacaq BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi öncəsi ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik bildirib ki, qarşıdan gələn ABŞ seçkilərində yüksək dövlət idarəsi üçün mübarizə aparan Harris bazar günü yenidən seçki kampaniyası üçün vəsait toplama tədbirində iştirak etmək üçün Nyu Yorka gələcək. Türkiyə prezidenti Harrislə görüş istəyib və onun komandasından cavab gözləyir.
Agentlik Ərdoğanın ABŞ-ın Demokratlar Partiyasından vitse-prezidentliyə namizədi Tim Valz ilə də görüşə açıq olduğuna diqqət çəkir.
Bloomberg-in məlumatına görə, Türkiyə prezidenti ilə demokratlar arasında görüşdə məqsəd ABŞ-la münasibətlərin səviyyəsini saxlamaqdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:14 / 20.09.2024
KİV: Ərdoğan ABŞ ilə münasibətləri yaxşılaşdırmaq üçün Harrislə danışıqlar planlaşdırır
Hazırda oxunan: KİV: Ərdoğan ABŞ ilə münasibətləri yaxşılaşdırmaq üçün Harrislə danışıqlar planlaşdırır
Hazırda oxunan: KİV: Ərdoğan ABŞ ilə münasibətləri yaxşılaşdırmaq üçün Harrislə danışıqlar planlaşdırır
212389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.