İsrail Qəzzada Associated Press və Əl-Jazeera TV daxil olmaqla bir neçə xarici KİV-in yerli ofislərinin yerləşdiyi çoxmərtəbəli binanı tamamilə dağıdıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı BBC-nin rus xidməti yayıb.
Mənbə yazır ki, İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, Qəzza zolağından şənbə günü səhər saat 7-dən axşam 9-a qədər 278 raket atılıb, bunun da qırxı İsrailin ərazisinə çatmayıb, zolağın içərisinə düşüb.
İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemi tərəfindən onlarla raket məhv edilib, lakin IDF bu sayın neçə ədəd olduğunu açıqlamayıb.
“Həmas” Tel Əvivi atəşə tutmasını iki saat dayandırıb, ancaq gecə yarısından raket atacağına söz verib.
Fələstinli səlahiyyətlilər, öz növbəsində Qəzza zolağındakı qaçqın düşərgəsinə endirilən hava zərbəsi nəticəsində ən azı 15 nəfərin öldüyünü deyib. Fələstinli həkimlər Qəzzadakı qarşıdurmaların başlamasından bəri 39 uşaq daxil olmaqla 139 nəfərin həlak olduğunu bildirib. İsrail ölü sayının 10 olduğunu qeyd edib.
Fələstin tərəfinin verdiyi məlumata görə, şənbə gecəsi Qəzzanın bombalanması nəticəsində beşi uşaq olmaqla 15-dən çox fələstinli dünyasını dəyişib.
Mərmilərdən biri qaçqın düşərgəsinə düşüb, eyni ailənin on üzvü ölüb. Bir binanın dağıntıları altında beş aylıq bir körpə sağ tapılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:42 / 16.05.2021
İsrail Qəzzada xarici medianın yerləşdiyi binanı dağıtdı
Hazırda oxunan: İsrail Qəzzada xarici medianın yerləşdiyi binanı dağıtdı
Hazırda oxunan: İsrail Qəzzada xarici medianın yerləşdiyi binanı dağıtdı
21234
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.