İran silahlı qüvvələrinin Baş Qərargahı HƏMAS liderinin qətlinə görə ABŞ və İsrailə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Tasnim agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargahı Tehranda öldürülən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyə ilə bağlı bəyanat yayıb.
“Biz cinayətkar Amerika və onun regionda idarə etdiyi saxta rejim olan İsrail hökumətinə xəbərdarlıq edirik ki, zamanın keçməsi İranın İsmayıl Həniyənin qisasını almaq istəyini dəyişməyəcək və İsrail səhvinə görə cəzasını ödəməlidir”, - deyə bəyanatda qeyd edilib.
Xatırladaq ki, HƏMAS lideri İsmayıl Həniyə iyulun 31-də Tehranda öldürülüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:18 / 19.09.2024
İran ABŞ və İsrailə XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: İran ABŞ və İsrailə XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: İran ABŞ və İsrailə XƏBƏRDARLIQ ETDİ
212215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.