Moskvada “Wildberries” şirkətinin ofisi yaxınlığında baş verən atışmada bir nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Moskvada silahlı ATIŞMA: 5 nəfər yaralandı – VİDEO
“Shot” teleqram kanalının məlumatına görə, 3-ü polis əməkdaşı olmaqla 10 nəfər yaralanıb. İnsidentlə bağlı hazırda 9 nəfər saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, silahlı insident şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup şəxsin binaya buraxılmaması səbəbindən baş verib.
Bizim.Media