İranın Beyrutdakı Səfirliyi ölkənin diplomatik missiyasının rəhbəri Müctəba Əmaninin partlayış zamanı gözünü itirməsi barədə yayılan məlumatları təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran səfirliyi “X” hesabında paylaşım edib.
“Həmvətənlərimiz və media nümayəndələrini məlumatlandırmaq istəyirik ki, səfir Əmaninin müalicə prosesi yaxşı gedir. Əmaninin fiziki vəziyyəti və görmə qabiliyyəti ilə bağlı yayılan şayiələr yalandır”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, “The New York Times” İran İslam İnqilabı Keçişkiləri Korpusunun nümayəndələrinə istinadən Beyrutda peycerlərin anidən partlaması nəticəsində səfir Müctəba Əmaninin bir gözünü itirməsi, digər gözündən isə ağır yaralanmasını yazıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:23 / 18.09.2024
İran səfirin gözünü itirməsi barədə məlumatları təkzib etdi
Hazırda oxunan: İran səfirin gözünü itirməsi barədə məlumatları təkzib etdi
Hazırda oxunan: İran səfirin gözünü itirməsi barədə məlumatları təkzib etdi
211999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.