Dünən baş nazir Nikol Paşinyan oktyabrın 4-5-də keçiriləcək 19-cu Frankofoniya sammitinə dəvət olunub. Bundan dərhal sonra Fransa prezidenti Emmanuel Makronun Ermənistanın sentyabrın 21-də Müstəqillik Günü ilə bağlı bu ölkəyə səfəri yenə sual altında qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Mənbə qeyd edir ki, Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnanın Ermənistana səfəri zamanı Paşinyan Makronu Ermənistana dəvət etmişdi, ancaq indi onun gəlməyəcəyi təəssüratı yaranıb.
Xatırladaq ki, 2021-ci il iyunun 1-də Paşinyan Parisdə sentyabrın 21-də “İrəvanda Makronu gözlədiyini” bildirmişdi. Lakin sonuncunun səfəri baş tutmamışdı.
"Bu yaxınlarda da Makronun bu ilin sentyabrın 21-də gələcəyinə dair məlumatlar yayıldı. Hökumətyönlü təbliğat maşını bunu Makronun Ermənistan hakimiyyətinə dəstəyi kimi təqdim etməyə çalışdı. Hətta “Fransa meydanı"nda abadlıq işlərinə başlanıldı”, – nəşr bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:37 / 18.09.2024
Makron sentyabrın 21-də İrəvana gələcəkmi? - DETALLAR
Hazırda oxunan: Makron sentyabrın 21-də İrəvana gələcəkmi? - DETALLAR
Hazırda oxunan: Makron sentyabrın 21-də İrəvana gələcəkmi? - DETALLAR
211991
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.