Livan və “Hizbullah” rəsmiləri bildiriblər ki, çərşənbə axşamı günü Livanda eyni vaxtda yüzlərlə peycer partladılıb.
Bizim.Media xəbər verir ki, rəsmilər ölənlərin sayının 11 nəfərə çatdığını bildirib. Hizbullah ən azı səkkiz döyüşçünün öldürüldüyünü açıqlayıb.
Livanın səhiyyə nazirliyi Firas Abiad 2700-dən çox insanın yaralandığını deyib. Qurbanların çoxunun üzlərində, xüsusən də gözlərində, əllərində və mədələrində xəsarətlər var.
Hadisə zamanı İranın Livandakı səfiri Müctəba Əmini daşıdığı peycerin partlaması nəticəsində ağır yaralanıb.
İran İnqilab Keşikçiləri Korpusunun iki əməkdaşının hücumla bağlı verdiyi məlumata görə, Əmini daşıdığı peycerin partlaması nəticəsində bir gözünü itirib, digər gözü isə ağır yaralanıb.
Hücumlardan xəbəri olan və açıq danışmaq səlahiyyəti olmadığı üçün anonimlik şərti ilə danışan Qvardiya üzvləri cənab Əmininin xəsarətlərinin İranın ilkin məlumatlarından daha ciddi olduğunu və müalicə üçün Tehrana aparılacağını bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:35 / 18.09.2024
Beyrutdakı partlayışda İran səfiri bir gözünü itirib
Hazırda oxunan: Beyrutdakı partlayışda İran səfiri bir gözünü itirib
Hazırda oxunan: Beyrutdakı partlayışda İran səfiri bir gözünü itirib
211955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.