İsrail Baş naziri Benyamin Netanyahu kabinet üzvləri və təhlükəsizlik rəhbərləri ilə görüşlər zamanı Livanda peycerlərin öz ölkəsi tərəfindən partladılması əməliyyatını şəxsən təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Axios ona yaxın mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bu, ABŞ-ın xüsusi nümayəndəsinin İsrailə səfərindən və Netanyahuya Livanda ciddi eskalasiyanın nəticələri barədə xəbərdarlıq etməsindən bir gün sonra baş verib.
Portal qeyd edir ki, bu hücumdan əvvəl İsrail “müharibə məqsədlərini yeniləmək” və “diqqəti Livana yönəltmək” qərarına gəlib.
Bizim.Media