Mütəxəssislər Livanda peycerlərin kütləvi partlayışının necə baş verdiyini açıqlayıblar.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Livanda partlayan peycerlər yeni Qızıl+ partiyasından AP700 modeli olub.
MÖVZU İLƏ BAĞLI:
Livanda Hizbullah-a məxsus rabitə cihazları partladıldı, 200-dən çox yaralı var - VİDEO
Fizika və hərbi mütəxəssis Aleksandr Şirokoradın sözlərinə görə, belə böyük partlayışın yalnız iki izahı var:
“Uzaqdan hacking - bu halda, batareyanın üzərindəki qoruyucu lövhə söndürülür və sadəcə partlayır. Belə ki, Mossad Yaxın Şərq bazarına tələyə düşmüş peycerlər partiyası buraxıb, bu məqsədlə qurğular içərisində partlayıcı maddələr olan "özümüzünkülər"lə əvəz olunub. Və ya İsrail hakerləri Hizbullah-ın cihazlarda quraşdırılmış özünüməhvetmə sistemini sındırıblar. Qurğuların düşmən əlinə keçəcəyi halda qurumun nümayəndələri onu quraşdırıblar”.
Qeyd edilib ki, İsrail kəşfiyyat xidmətləri əvvəllər də belə əməliyyatlar həyata keçirib. Livanda ümumi əhali peycerlərdən praktiki olaraq istifadə etmir, onların əsas istifadəçiləri kəşfiyyat xidmətləri, məmurlar və hərbçilərdir. Bu səbəbdən də həlak olan və yaralılar arasında çoxluğu hərbçilaər təşkil edir.
Xatırladaq ki, partlayış nəticəsində 8 nəfər həlak olub, 2800 insan yaralanıb.
Partlayış nəticəsində Hizbullah lideri Vafiq Səfanın iki oğlu və İran səfiri Müctəba Əmani də xəsarət alıb.
Bizim.Media