Avropa Komissiyasında Ukrayna ilə bağlı yeni vəzifə yaradıldı - SİYAHI - FOTO

Avropa Komissiyasında Ukrayna ilə bağlı yeni vəzifə yaradıldı - SİYAHI - FOTO

Hazırda oxunan: Avropa Komissiyasında Ukrayna ilə bağlı yeni vəzifə yaradıldı - SİYAHI - FOTO

211857

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen yeni tərkibdə üzvlük vəzifələrinə namizədlərin adlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o,  X-də paylaşım edib.

Leyen, həmçinin yeni vəzifələrin - Müdafiə və Kosmos üzrə Avropa komissarı və Aİ-nin genişlənməsi və Ukraynanın yenidən qurulması üzrə Avropa komissarı kimi vəzifələrin yaradıldığını açıqlayıb. 

Ursula fon der Leyen Avropa komissarları vəzifəsinə 27 namizəd təklif edib - hər Aİ ölkəsindən bir nəfər.

“Komandamın hər bir üzvü öz təcrübəsini və Avropaya baxışını bölüşəcək. Biz birlikdə bir komanda olacağıq, ümumi məqsəd - Avropanı daha güclü etmək üçün çalışacağıq”, - Leyen bildirib.

O, Avropa Parlamentinin üzvləri qarşısında çıxışında qeyd edib ki, yeni AK-da yerlərin 40%-ni qadınlar tutacaq. Onun sözlərinə görə, Aİ ölkələrindən olan namizədlərin ilk təkliflərindən sonra qadınların nisbəti 22% təşkil edib, lakin danışıqlardan sonra onların təmsilçiliyi genişləndirilib.

Estoniyanın keçmiş baş naziri Kaya Kallas xarici siyasət üzrə Avropa komissarı ola bilər. Leyen litvalı siyasətçi Andrius Kubiliusu müdafiə və kosmos üzrə Avropa Komissiyasının üzvü, Latviyadan Valdis Dombrovskisi iqtisadiyyat üzrə komissar, Çexiyanın keçmiş naziri Yozef Sikelin xarici tərəfdaşlıq üzrə komissar və sloveniyalı diplomat Marta Kosu Aİ genişlənməsi üzrə komissar vəzifəsinə təklif edib.

Avropa komissarları vəzifələrinə bütün namizədlər Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. AK-nin yeni tərkibi noyabrın 1-də işə başlamalıdır. Səlahiyyət müddəti 5 ildir.

Ursula fon der Leyen 2019-cu ildən Avropa Komissiyasına rəhbərlik edib. 2024-cü ilin iyulunda Avropa Parlamenti onun yenidən təyin olunmasına səs verib. Leyen prioritetlərinin Aİ-nin təhlükəsizliyini gücləndirmək olacağını söyləyib.

Qeyd edək ki, Avropa Komissiyası Avropa İttifaqının icraedici hakimiyyəti - hökuməti funksiyasını yerinə yetirən ali orqanıdır.

Siyahını təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO