Stoltenberq: “NATO Rusiya ilə müharibədə iştirak etmək niyyətində deyil”

Stoltenberq: “NATO Rusiya ilə müharibədə iştirak etmək niyyətində deyil”

Hazırda oxunan: Stoltenberq: “NATO Rusiya ilə müharibədə iştirak etmək niyyətində deyil”

211780

“Ukrayna Qərbin uzaqmənzilli raketləri ilə Rusiya Federasiyasına hücum edərsə, NATO Rusiya-Ukrayna müharibəsinə girməyəcək”.

Bizim.Media xəbər verir ki, bunu “Foreign Policy” nəşrinə müsahibəsində təşkilatın baş katibi Yens Stoltenberq deyib.

O, həmçinin hesab edir ki, İran Rusiya raketlərinin tədarükü ilə bağlı münaqişənin bir hissəsi deyil.

Stoltenberqin sözlərinə görə, Kiyev NATO-ya üzv olana qədər uzunmüddətli perspektivdə Ukraynada sülh olmayacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, Rusiya Federasiyasına qarşı Qərbin uzaqmənzilli dəqiq silahlarından istifadə NATO ölkələrinin Ukraynadakı hərbi əməliyyatlarda birbaşa iştirakı demək olacaq. Rusiya lideri həmçinin Kiyevi Rusiya ərazisində Qərb raketlərindən istifadə edəcəyi təqdirdə müvafiq qərarlar qəbul edəcəyi ilə hədələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO