1920-ci il Fransa mətbuatında Zəngəzur sözü və bölgənin ermənilərə verilməsi - FOTOFAKT  

1920-ci il Fransa mətbuatında Zəngəzur sözü və bölgənin ermənilərə verilməsi - FOTOFAKT  

Hazırda oxunan: 1920-ci il Fransa mətbuatında Zəngəzur sözü və bölgənin ermənilərə verilməsi - FOTOFAKT  

21174

Zəngəzurun ermənilərə verilməsi Fransanın paytaxtı Parisdə nəşr olunan “L'Œuvre” qəzetinin 1920-ci il 14 iyul tarixli nömrəsində də yer alıb.

Bizim.Media xəbər verir ki, bu tarixi faktı  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu feysbuk hesabında paylaşıb. 

Qəzetin 1920-cil il 14 iyul buraxılışındakı "Ruslarla ermənilər arasında razılaşma" başlıqlı məqalədə Azərbaycana məxsus bu ərazinin adı da Sünik yox, məhz Zəngəzur kimi qeyd edilib.

Bildirilib ki, azərbaycanlılar Zəngəzur bölgəsinin ermənilərə verilməsinə qarşı çıxıb və silaha sarılıblar:

“1920-ci il iyulun 1-də Sovet Rusiyasının Ermənistanla əldə etdiyi razılaşmaya əsasən, Azərbaycanın Zəngəzur bölgəsi ermənilərə verilib, bununla razılaşmayan yerli əhali olan tatarlar (azərbaycanlılar) isə ermənilərlə döyüşməkdə davam edirlər”,- deyə yazıda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO