Trampı öldürmək istəyən şəxsin kimliyi AÇIQLANDI - ŞOK FAKTLAR

Trampı öldürmək istəyən şəxsin kimliyi AÇIQLANDI - ŞOK FAKTLAR

Hazırda oxunan: Trampı öldürmək istəyən şəxsin kimliyi AÇIQLANDI - ŞOK FAKTLAR

211635

Floridada Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs Rayan Uesli Rutdur.

Bizim.Media xəbər verir ki, bu haqda “Fox News” telekanalı mənbələrə istinadən xəbər verir.

Əldə olunan məlumata görə Rut silahın lüləsini Palm Biçdə (Florida) yerləşən Tramp Beynəlxalq Qolf Klubunun hasarından keçirib. Şübhəli şəxs Amerika administrasiyasının keçmiş rəhbərindən 270-450 m aralıda olub.

“The New York Post” isə Rayan Uesli Rutun əvvəllər Ukraynaya səfər edərək Kiyev hakimiyyətinə dəstək verdiyini yazıb.

Nəşr qeyd edir ki, Rut Əfqanıstandakı münaqişənin amerikalı veteranlarının Ukraynaya göndərilməsi ideyasını irəli sürməyə çalışıb, həm də şəxsən Kiyevin tərəfində döyüşmək arzusunu ifadə edib.

MSN News xəbər portalının məlumatına görə, təsdiqlənməmiş məlumatlara görə, Rut Ukrayna üçün vəsaitin toplanmasında da iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO