Vyanada daşqın: Futbol matçları ləğv edildi - VİDEO

Vyanada daşqın: Futbol matçları ləğv edildi - VİDEO

Hazırda oxunan: Vyanada daşqın: Futbol matçları ləğv edildi - VİDEO

211587

Vyana çayının daşması səbəbindən Avstriya paytaxtında əhalinin təxliyəsinə başlanılıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, çayın daşdığı ərazidə bəzi evlərə yalnız qayıqla getmək mümkündür.

Hava şəraiti şəhərin bəzi ərazilərində elektrik enerjisinin kəsilməsinə səbəb olub. Vyana metrosunun dörd xətti suyun səviyyəsinin qalxmasından sonra fasilələrlə işləyir.

Bundan əlavə, təbii fəlakət səbəbindən futbol üzrə Avstriya çempionatının altıncı turunun "Hartberq" - "Tirol" və "Austria" - "Şturm" matçları ləğv edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO