Böyük Britaniyanın Baş naziri Kir Starmer həyat yoldaşı Viktoriya üçün bəyan edilməmiş geyim alınmasına görə istintaqla üzləşib.
Bizim.Media xəbər evrir ki, bu barədə “The Times” qəzeti yazıb.
“Baş nazir Böyük Britaniya Lordlar Palatasının üzvü Vahid Allinin onun həyat yoldaşı üçün bahalı paltar alması faktını gizlədib”, – nəşr bildirib.
Vurğulanıb ki, 2024-cü ildə Vahid Alli Baş nazirə dəyəri 18 min funt sterlinqdən (23,6 min dollar) çox olan iş geyimləri, eynək və saatlar verib.
Baş nazirin ofisi qəzetə Starmerin həyat yoldaşına verilən hədiyyələrin ümumi dəyərini və qadının onları aldığı müddət barədə məlumat verməyib. Mənbə nəşrə bildirib ki, bu məlumatlar daha sonra dərc olunacaq.
Bizim.Media