Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi

Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi

Hazırda oxunan: Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi

211516

Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib.

Bizim.Media "Bild" nəşrinə istinadən xəbər verir ki, Heybi məhkəmə qərarını pozduğu üçün saxlanılıb.

O, avqustun 4-də hücum etdiyi bir gənc qadına yaxınlaşmamaq barədə məhkəmə qadağasına baxmayaraq, qadınla əlaqə saxlamağa cəhd edib. Polis dəfələrlə şikayət aldıqlarına görə Heybinin həbsinə qərar verib.

Prokuror Andreas Kruşevskinin sözlərinə görə, bu qərar cinayətin təkrarlanması riski səbəbilə qəbul edilib. Heybinin vəkili Eyvind Bratlen isə müvəkkilinin sentyabrın 7-də gizli nömrədən istifadə edərək zərərçəkmişə zəng etdiyini inkar etdiyini və özünü təqsirli bilmədiyini bildirib.

Xatırladaq ki, Marius Borq Heybi avqustun 4-də sevgilisinə hücum edib, mənzilini darmadağın edib və bu səbəbdən saxlanılmışdı. Ancaq bir gün sonra sərbəst buraxılmışdı. O, sağlamlığa yüngül xəsarət yetirmək və əmlaka ziyan vurmaqda ittiham olunur. Heybi hadisəni spirt və kokain təsiri altında törətdiyini etiraf edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO