Putindən SƏRT XƏBƏRDARLIQ: “Ukrayna Qərb silahları ilə Rusiyanı vursa...” - VİDEO

Putindən SƏRT XƏBƏRDARLIQ: “Ukrayna Qərb silahları ilə Rusiyanı vursa...” - VİDEO

Hazırda oxunan: Putindən SƏRT XƏBƏRDARLIQ: “Ukrayna Qərb silahları ilə Rusiyanı vursa...” - VİDEO

211246

“Rusiyaya qarşı yüksək dəqiqliyə malik uzaqmənzilli Qərb silahlarından istifadə NATO ölkələrinin Ukraynadakı döyüş əməliyyatlarında birbaşa iştirakı anlamına gələcək”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə açıqlamasında deyib.

Bununla da Vladimir Putin ilk dəfə ABŞ və Avropa ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə Rusiyaya yüksək dəqiqliyə malik Qərb silahları ilə zərbələr endirməyə icazə verəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Prezident bildirib ki, Ukrayna ordusu belə silahlardan istifadə etmək iqtidarında deyil, çünki bu, yalnız peyklərin kəşfiyyat məlumatlarından istifadə etməklə mümkündür.

Onları yalnız NATO və ABŞ verə bilər. Bu baş verərsə, Qərb birbaşa döyüşlərdə iştirak edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO