Rusiyada sürətli qəbir qazma yarışı keçirildi - VİDEO

Rusiyada sürətli qəbir qazma yarışı keçirildi - VİDEO

Hazırda oxunan: Rusiyada sürətli qəbir qazma yarışı keçirildi - VİDEO

21123

Rusiyanın Novosibirsk şəhərində krematoriyinin yaxınlığında sürətli məzar qazma yarışı təşkil olunub. Yarış "Nekropol – Sibir 2021" sərgisi çərçivəsində keçirilib.

Bizim.Media TASS-a istinadən  xəbər verir ki, Yarışda Omsk,  Tomsk və Novosibirsk vilayətləri, həmçinin Altay diyarının iki qazıcıdan ibarət komandaları da iştirak edib.

Tapşırığı yerinə yetirmək üçün iştirakçılar 200 sm uzunluğunda, 80 sm enində və 160 sm dərinliyində bir məzar qazmalı olubar.

Yarışın qalibi Omsk komandası olub. Komanda tapşırığı 38 dəqiqəyə yerinə yetirib. 

Müsabiqənin məqsədi peşənin nüfuzunu artırmaq, həmçinin gənc nəslin diqqətini dəfn xidməti işinə cəlb etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO