Məktəbli qız ekstremal şəkil çəkərkən pəncərədən yıxıldı - FOTO

Məktəbli qız ekstremal şəkil çəkərkən pəncərədən yıxıldı - FOTO

Hazırda oxunan: Məktəbli qız ekstremal şəkil çəkərkən pəncərədən yıxıldı - FOTO

211117

Moskvada məktəbli qız ekstremal şəkil çəkmək istəyərkən pəncərədən yıxılıb. Nəticədə dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə BAZA telegram kanalı yazıb.

Mənbə qeyd edir ki, faciə sentyabrın 10-a keçən gecə Marşal Biryuzov küçəsində baş verib. Səhər saat iki radələrində 13 yaşlı Katya (ad dəyişdirilib) beşinci mərtəbənin pəncərəsindən yıxılıb. Gələn həkimlər qızın öldüyünü bildiriblər.

Ailəsinin dediyinə görə, Katya nə məktəbdə, nə də evdə heç vaxt intihara meyilli olmayıb. Qız firavan bir ailədə böyüyüb. Əvvəlcə müstəntiqlər “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açsalar da, sonradan məlum olub ki, qız təsadüfən yerə yıxılıb.

İlkin məlumatlara görə, Katya ekstremal şəkil çəkdirmək qərarına gəlib və bədənini pəncərədən çölə çıxarıb. Lakin məktəbli müvazinətini saxlaya bilməyib və yerə yıxılıb. Eyni zamanda, o anda evdə böyüklər olmayıb, mənzildə həmin vaxt qızın bacısı yatırmış.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO