Tacikistanın baş müftisi sui-qəsdə məruz qalıb

Tacikistanın baş müftisi sui-qəsdə məruz qalıb

Hazırda oxunan: Tacikistanın baş müftisi sui-qəsdə məruz qalıb

211064

Tacikistanda respublikanın baş müftisi Abdulkodirzoda Saidmukarrama bıçaqlı hücum olub.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, o yaralansa da, xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb:

“Bu gün saat 17:20-də radələrində (Bakı vaxtı ilə 16:20) Düşənbə şəhərinin mərkəzi məscidi yaxınlığında namazdan sonra bir nəfər Tacikistan Üləmalar Şurasının sədri Saidmukarram Abdulkodirzodaya kəsici-deşici alətlə xəsarət yetirib. Nəticədə o, yüngül xəsarət alıb və həkimlər tərəfindən müayinə olunduqdan sonra yaşadığı ünvana göndərilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO