Ursula fon der Lyayen: “Ukraynanın Aİ-yə qoşulması ilə bağlı danışıqlar tarixi hadisədir”

Ursula fon der Lyayen: “Ukraynanın Aİ-yə qoşulması ilə bağlı danışıqlar tarixi hadisədir”

Hazırda oxunan: Ursula fon der Lyayen: “Ukraynanın Aİ-yə qoşulması ilə bağlı danışıqlar tarixi hadisədir”

211060

“Yay aylarında Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı rəsmi danışıqların başlaması tarixi hadisədir. Ukrayna onu dəstəkləyən böyük bir ailəyə qoşulur”.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen 4-cü Krım platforması sammiti ilə əlaqədar videomüraciəti zamanı deyib.

“Ukraynalılar ədalət, demokratiya və Avropa gələcəyini cəsarətlə tələb etdilər. Aydındır ki, Krım və Sevastopol Ukraynadır. Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdən heç vaxt yorulmayacaq. Yalnız sərhədlərin dəyərli olduğu yerdə insanlar üçün təhlükəsizlik və sülh mövcud ola bilər

Avropa cinayətlərin hər birini sənədləşdirmək üçün Ukraynanın yanındadır. Birlikdə ədalətin bərqərar olmasını təmin edəcəyik. Çünki ədalətsiz sülh sülh deyil. Biz avropalılar ukraynalılar qədər sülh istəyirik, amma ədalətli və davamlı sülh. Məhz buna görə də Ukraynanın Avropa İttifaqına inteqrasiyası bizim səylərimizin mərkəzindədir. Birlikdə azad və demokratik Ukrayna üçün birləşərək davam edəcək və qalib gələcəyik”, - deyə Lyayen qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO