NEWSWEEK: “Qarabağda gedən savaş din uğrunda müharibə deyil”

NEWSWEEK: “Qarabağda gedən savaş din uğrunda müharibə deyil”

Hazırda oxunan: NEWSWEEK: “Qarabağda gedən savaş din uğrunda müharibə deyil”

2110

Amerikanın məhşur  newsweek.com saytı Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin yepiskopu Aleksandr Atanın dünya icimaiyyətinə Azərbaycan Ermənistan müharibəsi ilə bağlı fikirlərini əks etdirən məqalə nəşr edib.

Məqalədə deyilir ki, Qarabağ müharibəsini bəzi qüvvələr tərəfindən dini müstəviyə çəkmək, onu bu zəmində cəmiyyətə sırımaq cəhdi boş xülyadan başqa bir şey deyil.

“Biz fərqli inanclara sahib, lakin vətəndaş olaraq bir xalqıq - azərbaycanlıyıq və təəssüf edirik ki, beynəlxalq mediada yazılanlara görə, “din mübarizəsində” guya bizim ölkəmiz islamı təmsil edir. Azərbaycan bəzilərinin təqdim etdiyi kimi heç vaxt “işğalçı müsəlman” dövləti olmayıb və Qarabağda gedən savaş din müharibəsi deyil”.

Din xadimləri əsrlər boyu Azərbaycan ərazilərində müxtəlif millətlərin hər zaman əmin-amanlıqla yaşadıqlarını da öz müraciətlərində qeyd ediblər:

“Əsrlər boyu Azərbaycanın ərazisində əmin-amanlıqla yaşayan aşkenazi  yəhudi icması, unikal dağ yəhudiləri icması, katolik, pravoslav və hətta erməni qriqoryan xristianlarının yaşadığı çoxkonfessiyalı, çoxmillətli bir xalq dini zəmində müharibə apara bilməz”.

Onların sözlərinə görə, əksinə etnik təmizlənmə və dini mənsubiyyətə görə insanları fərqləndirmək hər zaman ermənilərin əsas prinsipləri olub.

“Əksinə, Ermənistan sırf xristian dövlətidir. 1988-94-cü illərdə Ermənistan tərəfindən 20 faiz Azərbaycan ərazisi işğal olunaraq, orada yaşayan əksəriyyəti müsəlman olan 300 mindən çox azərbaycanlılar yaşadıqları torpaqlardan didərgin salınıb. Bundan başqa 700 min azərbaycanlı Dağlıq Qarabağdan və ətraf 7 rayondan qovulub”.

Din xadimləri müraciətlərində  Azərbaycanın işğal olunmuş ərazilərində olan məscid, sinaqoq və pravoslav və katolik kilsələlərinin erməni varvarları tərəfindən dağıdıldıqları da qeyd olunub:

“Dağlıq Qarabağda erməni kilsələri ilə yanaşı məscidlər və rus provaslav kilsələri olub. Lakin indi erməni kilsələrindən başqa onların heç biri fəaliyyət göstərmir. Onların bəziləri dağıdılıb və bəziləri isə yararsız hala düşüb. Azərbaycanın isə hər yerində məscidlər, sinaqoqlar və kilsələr rahatlıqla fəaliyyət göstərir”.

Onlar son günlər baş verən hadisələrdə bütün din xadimlərinin birlikdə xalqın dərdinə şərik olduğunu da vurğulayıblar.

“İllər boyu bir olduğumuz kimi son həftələr ərzində də əlaqələrimizin möhkəmliyini nümayiş etdirdik. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə dəfələrlə erməni varvarları tərəfindən SKAT raketləri ilə hədəfə alındıqda Baş Ravin yaşayış məhəllələrində yəhudi ailələrini ziyarət edərək onlarla birgə dualar etdi. Baş Yepiskop orduda könüllü xidmət edən və şəhid olan azərbaycanlı xristian əsgərin dəfn mərasimini keçirdi. Şeyxülislam yaxınlarını itirən müsəlman  ailələrini təsəlli etdi. Biz görüşdük və birgə dualar etdik”.

Dini liderlər bu vəzifəni və birliyi düşmənlərimizin belə paylaşdığını bildiriblər:

“Mətbuatın xəbər verdiyi kimi, keçən həftə Erməni Apostol Kilsəsinin dörd patriarxından biri olan baş yepiskop Şahab “Qafqazdakı faciəvi hadisələrin dinlərarası bir qarşıdurma olmadığını” təsdiqləmişdir”.

Dünya qüvvələrini dini siyasətə qatmamağa çağıran din xadimləri bunun insanlıq üçün çox təhlükəli olduğunu da qeyd ediblər:

“Dini siyasətə qatışdırmaq və dinləri bir-birinə qarşı qoymaq cəhdi eyni dərəcədə təhlükəlidir. Bu günlərdə bəzi siyasətçilər müstəsna görünmək və ölkələrini dini şüarlarla tanıtmaq cəhdləri cəmiyyət üçün son dərəcə təhlükəlidir. Biz sizdən xahiş edirik: dayanın və düşünün, nə etdiyinizi bilin! Unutmayın ki, Allah qarşısında hamımız bərabərik və hamımız Onun xeyir- duasına möhtacıq!”

Xatırladaq ki, newsweek.com nəşri Amerikanın ən populyar internet resurslarından biridir. Nyu-Yorkda 1933-cü ildən həftəlik xəbər jurnalı kimi nəşrə başlayıb. 2012-ci ilə qədər bu formatda yayımlanıb. 2013-cü ildən başlayaraq isə internet nəşr kimi fəaliyyətdədir. Amerikanın “Time” ilə birlikdə ən güclü informasiya resursu sayılır.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO