Rusiya-Ukrayna sülh danışıqları Bakıda baş tutacaq? – Vitali Arkovdan ÖZƏL AÇIQLAMA

Rusiya-Ukrayna sülh danışıqları Bakıda baş tutacaq? – Vitali Arkovdan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Rusiya-Ukrayna sülh danışıqları Bakıda baş tutacaq? – Vitali Arkovdan ÖZƏL AÇIQLAMA

210983

“Azərbaycan və Türkiyə arasında geniş qarşılıqlı fəaliyyətdən xəbərimiz var. 2022-ci ilin yazında İstanbulda əldə edilmiş, Moskva və Kiyev tərəfindən əvvəlcədən təsdiq edilmiş razılaşmalar hazırda danışıqların bərpası üçün başlanğıc nöqtəsi adlandırılır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın birgə vasitəçiliyi də istisna edilməməlidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında “PolitRus” informasiya-analitik portalının rəhbəri, politoloq Vitali Arkov deyib. Azərbaycanın Rusiya-Ukrayna müharibəsində vasitəçilik təklifini müsbət qiymətləndirən Arkov, Moskvanın Bakıda danışıqların aparılmasına hazır olduğunu deyib:

“Azərbaycan münaqişədə neytral mövqe tutur”

“Moskva Bakının vasitəçilik təşəbbüsünü, eləcə də Ankaranın əvvəlki vasitəçilik səylərini alqışlayır. Çünki Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin iyununda təklif etdiyi münaqişənin həlli planına uyğun olaraq sülhə sadiqdir. Rəsmi Bakı tarixi torpaqların qaytarılmasında Moskvanın mövqeyini minnətdarlıqla xatırlayır və Azərbaycanla müttəfiqliyi yüksək qiymətləndirir. Yaxşılığa isə mehribanlıqla cavab verirlər. Azərbaycan anti-Rusiya sanksiyalarına qoşulmur, Ukrayna münaqişəsi ilə bağlı real neytrallığa əsaslanaraq, Ukrayna ilə hərbi əməliyyatların dayandırılması üçün dialoqun qurulmasında öz yardımını təklif edir”, - deyə V.Arkov bildirib.

Arkov əlavə edib ki, Azərbaycanla Ermənistan arasında vasitəçilik edən və sülh üçün addımlar atan Rusiya, tərəfdaşlarından da eyni addımları gözləyir.

Elə bu səbəbdən də, Bakının vasitəçiliyi Moskvanın tərəfsiz platforma kimi Azərbaycanda danışıqlar masasına oturacağına zəmin yaradır:

“2020-ci ilin payızında həm Azərbaycana, həm də Ermənistana tarixən və mənəvi cəhətdən yaxın olan Rusiya hər iki tərəf üçün həmin tarixi məqamda obyektiv şəkildə yeganə mümkün və məqbul sülh planını təklif etməklə İkinci Qarabağ müharibəsini dayandırmağa nail oldu. İndi isə Qərbdəki dağıdıcı qüvvələr Paşinyanın əli ilə sülh müqaviləsinin imzalanmasını pozmağa, hətta yeni müharibəyə başlamağa cəhd edərkən, Rusiya yenidən vəziyyəti xilas edir, öz effektiv vasitəçiliyini təklif edir. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması üçündür”, - deyə V.Arkov bildirib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO