Fransa, Almaniya və Böyük Britaniya hökumətləri İranın Rusiyaya ballistik raket ixrac etməsini kəskin şəkildə qınayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Böyük Britaniya, Fransa və Almaniya Xarici İşlər Nazirlikləri birgə bəyanat yayıblar.
Bəyanatda silah tədarükünün Avropanın təhlükəsizliyinə təhdid olduğu bildirilib: “İranın Rusiyaya hərbi dəstəyinin artması ölkə raketlərinin Avropa torpaqlarına çatmasına, Ukrayna xalqının əzablarını artırmasına səbəb olacaq. Bu addım həm İranın, həm də Rusiyanın gərginliyi artırdığını göstərir və Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir”.
Həmçinin bəyanatda İranı müharibədə Rusiyaya verdiyi dəstəyi dərhal dayandırmağa və ballistik raketlərinin təkmilləşdirilməsi və ötürülməsini dayandırmağa çağırış edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:38 / 11.09.2024
Fransa, Almaniya və Böyük Britaniya İranın Rusiyaya ballistik raket ixracını PİSLƏDİ
Hazırda oxunan: Fransa, Almaniya və Böyük Britaniya İranın Rusiyaya ballistik raket ixracını PİSLƏDİ
Hazırda oxunan: Fransa, Almaniya və Böyük Britaniya İranın Rusiyaya ballistik raket ixracını PİSLƏDİ
210920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.