KİV: Rusiya ordusu Kurskda genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

KİV: Rusiya ordusu Kurskda genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Hazırda oxunan: KİV: Rusiya ordusu Kurskda genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

210899

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya hərbi kanalları və hərbi müxbirləri məlumatlar yayıblar.

Onların məlumatlarına görə, rus qoşunları artıq Ukrayna Silahlı Qüvvələrini Qordeevka kəndindən sıxışdırıb çıxarıblar. 24 saat ərzində 10 km-dən çox ərazinin azad edildiyi və Ukrayna Silahlı Qüvvələrinin xeyli itki verərək geri çəkilməyə məcbur edildiyi iddia edilir.

Bildirilib ki, hzırda Rusiya Silahlı Qüvvələri Apanasovka və Martınovka ərazilərində hücum əməliyyatlarını davam etdirir. Sudjanski rayonunun azad edilməsi əməliyyatı davam edir.

İlkin məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri də Vnezapnı, Viktorovka və Byaxovodan çıxarılıb. Snagost və Apanasovka qismən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO