Rusiyalı politoloq: “Türkiyənin BRİCS-ə qoşulması dünyanın güc balansını dəyişəcək” – ÖZƏL

Rusiyalı politoloq: “Türkiyənin BRİCS-ə qoşulması dünyanın güc balansını dəyişəcək” – ÖZƏL

Hazırda oxunan: Rusiyalı politoloq: “Türkiyənin BRİCS-ə qoşulması dünyanın güc balansını dəyişəcək” – ÖZƏL

210665

“BRİCS sadəcə iqtisadi əsasda birlik deyil, o, dünyaya yeni ideoloji-siyasi, xüsusən də birgəyaşayış konsepsiyasını təklif edir. Biz bu gün BRİCS-in son dərəcə qütblü ölkələri necə birləşdirdiyini görürük”.

“Qərb dəyərləri çökür”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyanın Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev deyib. Azərbaycandan sonra Türkiyənin də BRİCS-ə üzvlük üçün müraciətini şərh edən Rubayev, bunun həm BRİKS ölkələri, həm də rəsmi Ankara üçün uğurlu olacağını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə BRICS-ə üzvlük üçün müraciət etdi


“Nəzərə alın ki, İran, Hindistan, Çin - bunlar daxili ziddiyyətləri olan ölkələrdir, amma BRİCS-də birləşirlər. Onların əslində gizli görünən, amma o qədər də gizli olmayan məqsədi var. Bu və ya digər şəkildə bu, diplomatiyanın və ümumiyyətlə, planetin siyasi həyat tərzinin Qərb modelinə alternativdir. 

Təbii ki, Türkiyənin BRİCS-ə üzv olmaq istəyi, imic baxımından çox güclü gedişdir. Biz görürük ki, NATO ölkəsi, 30 ildir Aİ-yə üzv olmağa çalışan bir ölkə istədiyi nəticəni almadan, BRİCS-ə üz tutur. Bu, hər şeydən əvvəl birqütblü dünyanın və Qərb dəyərləri sisteminin çökdüyünün sübutudur”, - deyə A. Rubayev deyib. 

“BRİCS-in yeni konsepsiyası yaradılacaq”

Aslan Rubayev əlavə edib ki, BRİCS yaxın gələcəkdə yalnız iqtisadi birlik deyil, həmçinin təhlükəsizlik baxımdan bir-birinə dayaq olan birləşmə modelidir:

“Hesab edirəm ki, bu gün BRİCS-in özünün aydın konsepsiyası yoxdur, amma düşünürəm ki, yaxın gələcəkdə hər şey formalaşacaq, keyfiyyətcə yeni nizamnamə yaradılacaq. BRİCS-in ideoloji hədəfi ortaya çıxacaq və bəlkə də siyasi varlığın alternativ konsepsiyası olacaq. Düşünürəm ki, Türkiyənin üzv olması BRİCS üçün, eyni zamanda Türkiyə üçün də müsbət addımdır. 

Çünki birincisi, biz indi sürətlə iqtisadi cəhətdən inkişaf edən Asiyanı görürük. Dünyanın ilk iqtisadiyyatı olan və əhalinin sayına görə birinci ölkə olan Çini BRİCS-ə üzvdür. Həmçinin Hindistan və digər üzvlər iqtisadiyyatları sıçrayışla inkişaf etdirən ölkələrdir. Ona görə də bu birliyin çox ciddi perspektivi var. Yalnız ona görə ki, BRİCS, bütün iştirakçı ölkələrin maraqlarını nəzərə alır. 

Düşünürəm ki, konsepsiya iqtisadi və təhlükəsizlik məsələlərini özündə əks etdirəcək. Ona görə də hesab edirəm ki, Putinlə çox yaxşı münasibəti olan və beynəlxalq arenada çox yaxşı mövqeyə malik Türkiyə çox yaxın gələcəkdə BRİCS-ə qəbul oluna bilər”, - deyə Rubayev deyib.


Dağılmaqda olan Qərb modelinə alternativ olan BRİCS, üzv ölkələrin möhkəmlənməsinə ciddi təkan verəcək. 

“Bu gün Qərbin birqütblü dünyası, təbii ki, tam dağılma ərəfəsindədir. Beynəlxalq hüquq sisteminin, beynəlxalq institutların necə dəyərdən düşdüyünü görürük. Bütün bunlar Sovet İttifaqının dağılmasından sonra onların Amerika Birləşmiş Ştatlarının əlində cəmləşməsi, müstəsna olaraq alət kimi istifadə edilməsi ilə bağlıdır. Ona görə də indi biz faktiki olaraq uğursuz olan birqütblü dünyanın bu çöküşünün şahidiyik. Həm Azərbaycan, həm Türkiyə BRİCS üzvü kimi daha da güclənəcək”, - deyə A.Rubayev əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO