Pekin Mikrobiologiya və Epidemiologiya İnstitutunun çinli alimləri gənə vasitəsilə ötürülən və sinir sisteminə zərər verən yeni virus aşkar ediblər.
Bizim.Media xəbər verir ki, bu tədqiqat barədə “The New England Journal of Medicine” (NEJM) elmi nəşrində məlumat dərc olunub.
Bildirilib ki, aşkar edilmiş patogenə bataqlıq virusu və ya “WELV” adı verilib.
Virus ilk dəfə Çinin şimalındakı Daxili Monqolustanda parkı ziyarət edərkən gənə dişləyərək xəstəxanaya yerləşdirilən 61 yaşlı kişidə aşkar edilib. Xəstədə hərarət, baş ağrısı və qusma müşahidə olunub. Antibiotiklər simptomları aradan qaldırmayıb, bu da infeksiyanın bakteriyalardan qaynaqlanmadığını göstərir. Kişinin qanında DNT və RNT analizi heç vaxt görülməmiş ortonairovirus aşkar edib. Orthonairoviruslara gənələr tərəfindən ötürülən bir sıra patogenlər daxildir.
Daha sonra meşəbəylərində aparılan tədqiqatlar nəticəsində 20 nəfərin virusa yoluxduğu qeyd edilib. Onlarda aparılan əlavə testlər nəticəsində hərarət, başgicəllənmə və baş ağrısından ürəkbulanma və ishala qədər dəyişən simptomlar tapılıb. Bir xəstə hətta beyində və onurğa mayesində ağ qan hüceyrələrinin çoxluğu səbəbindən komaya düşüb.
Müalicədən sonra bütün xəstələr sağalsa da, siçanlar üzərində aparılan laboratoriya təcrübələri göstərib ki, “WELV” ölümcül infeksiyalara səbəb ola bilər və sinir sisteminə potensial təsir göstərə bilər.
İlkin kəşfdən sonra tədqiqatçılar Çinin şimalında hərtərəfli araşdırma aparıb və toplanılan təxminən 14600 gənənin 2 faizində virus aşkarlanıb.
“WELV” həmçinin transbaikal zokor adlanan qoyunlarda, atlarda, donuzlarda və gəmiricilərdə tapılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:50 / 09.09.2024
Çində növbəti öldürücü virus: Gənə ilə ötürülərək beyində...
Hazırda oxunan: Çində növbəti öldürücü virus: Gənə ilə ötürülərək beyində...
Hazırda oxunan: Çində növbəti öldürücü virus: Gənə ilə ötürülərək beyində...
210640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.