Qətər Qəzza zolağı sakinlərinə kömək üçün 4,5 milyon dollar ayıracaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı Qətər Qızıl Aypara Cəmiyyəti, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi və Qətər İnkişaf Fondu arasında müqavilə imzalanıb.
Vəsait Qəzza zolağından olan 4400 fələstinli işçiyə, eləcə də münaqişədən əvvəl tibbi yardım üçün Qərb Sahilinə gələn və öz evlərinə qayıda bilməyən anklav sakinlərinə dəstək olmaq üçün nəzərdə tutulub.
"Nağd yardım keçən ilin oktyabrında münaqişədən bəri Qəzza zolağına qayıda bilməyən köçkünlər üçün həyati dəstək olacaq", - Qətər Xəbər Agentliyinin açıqlamasında deyilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
06:38 / 09.09.2024
Qətər Qəzza sakinlərinə 4,5 milyon dollar ayıracaq
Hazırda oxunan: Qətər Qəzza sakinlərinə 4,5 milyon dollar ayıracaq
Hazırda oxunan: Qətər Qəzza sakinlərinə 4,5 milyon dollar ayıracaq
210580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.