Maduronun seçkidəki əsas rəqibi Venesueladan qaçdı

Maduronun seçkidəki əsas rəqibi Venesueladan qaçdı

Hazırda oxunan: Maduronun seçkidəki əsas rəqibi Venesueladan qaçdı

210531

Venesuelanın müxalif Birləşmiş Platformasından prezidentliyə keçmiş namizəd Edmundo Qonzales ölkədən qaçaraq İspaniyadan sığınacaq alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriqes "Telegram" kanalında məlumat yayıb.

Venesuela Nəzarət Məhkəməsi ifadə verməyə çağırıldığı zaman məhkəməyə gəlməyən Qonzalesin həbsinə order verib. Qurum rəsmi məlumatlarla eyni vaxtda müxalifətin öz seçki nəticələrini dərc etməsini, həmçinin zorakılığa çağırış hallarını araşdırır.

Xatırladaq ki, iyulun 28-də respublikada prezident seçkisi keçirilib. Rəsmi nəticələrə görə, hazırkı prezident Nikolas Maduro 51 faiz, müxalifət lideri Qonzales isə 43 faiz səs toplayıb. Maduronun rəqibləri seçkinin nəticələrini tanımayıb, Qonzalesi qalib elan edib, bundan sonra bütün Venesuelanı iğtişaşlar dalğası bürüyüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO