"Yagi" tayfunu Çini cənginə aldı, ölənlər var - VİDEO

"Yagi" tayfunu Çini cənginə aldı, ölənlər var - VİDEO

Hazırda oxunan: "Yagi" tayfunu Çini cənginə aldı, ölənlər var - VİDEO

210462

Çinin cənubundakı ada əyalətində "Yagi" super tayfunu adanı vurması nəticəsində azı 2 nəfər ölüb, 92 nəfər yaralanıb.

Bizim.Media Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, həlak olanların hər ikisi Dinan dairəsinin sakinləridir. 

Haykou əyalətinin mərkəzində isə 80 nəfər tayfun nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qasırğa binaların damlarını qoparıb, yük maşınlarını aşırıb. Baş verən təbii fəlakət nəticəsində 1,7 milyon ev işıqsız qalıb. Aşan ağaclarla zibillənmiş 89 yolu təmizləmək üçün də təmir briqadaları göndərilib. 12,5 mindən çox mobil rabitə baza stansiyası zədələnib.

Tayfun səbəbindən Haikou beynəlxalq hava limanı bağlanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO