Ukrayna İranı HƏDƏLƏDİ: Rusiyaya ballistik raketlərin tədarükünün dağıdıcı nəticələri olacaq

Ukrayna İranı HƏDƏLƏDİ: Rusiyaya ballistik raketlərin tədarükünün dağıdıcı nəticələri olacaq

Hazırda oxunan: Ukrayna İranı HƏDƏLƏDİ: Rusiyaya ballistik raketlərin tədarükünün dağıdıcı nəticələri olacaq

210453

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) İranın Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı mətbuatda yayılan xəbərlərdən narahatlığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna XİN dərc etdiyi bəyanatda qeyd edilib.

Bildirilib ki, bu xəbərlər təsdiqlənərsə, Ukrayna-İran münasibətləri üçün “dağıdıcı nəticələr” olacaq.

Həmçinin İran rəhbərliyini Rusiyaya hər hansı silah və hərbi texnika ötürməkdən çəkinməyə, habelə beynəlxalq ictimaiyyəti beynəlxalq sülhün qorunması naminə Tehran və Moskvaya təzyiqi artırmağa çağırılır.

Qeyd edək ki, “Wall Street Journal” və CNN ötən gün kəşfiyyat mənbələrinə istinadən İranın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün artıq Rusiyaya yaxınmənzilli ballistik raketlər göndərdiyini iddia ediblər. “Bloomberg” bir neçə gün əvvəl belə raketlərin gözlənilən transferi haqqında yazmışdı. Britaniyanın “The Times” qəzetinin yazdığına görə isə  Rusiya İrandan 200-dən çox ballistik raket yükü alıb. 

İranın BMT-dəki missiyası iddia edir ki, İran münaqişə tərəflərinə, o cümlədən Ukraynaya silah vermir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO