Türkiyənin danışdığı 3 günlük həbs 
 - Təxirə düşdü

Türkiyənin danışdığı 3 günlük həbs - Təxirə düşdü

Hazırda oxunan: Türkiyənin danışdığı 3 günlük həbs - Təxirə düşdü

210353

Xəbər verdiyimiz kimi, “Duymayan Kalmasın” adlı proqramda müğənni Gülbən Ərgən əleyhinə danışan və sujetlər təqdim edən aparıcı-müğənni Seren Serengil barəsində 3 günlük həbs qərarı çıxarılmışdı.

Bu gün həbsxanaya girməli olan aprıcı-müğənninin vəkili Ayşəgül Mərmərdən sürpriz açıqlama gəlib.

Vəkil sosial mediadakı hesabından bildirib ki, Serengilin Bakırköy qadın həbsxanasına göndərilməsi barədə yazılı qərar İstanbul 11-ci Ailə Məhkəməsi tərəfindən hələ yazılmayıb. Ona görə də S.Serengilin həbsxanaya salınması bu gün təxirə salınıb.

Yazılı qərarın nə vaxt çıxarılacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Seren Serengil “Hürriyet” qəzetinə mövzu ilə bağlı açıqlamasında bunları bildirmişdi:

“Mən xəyanət məsələsi ilə bağlı danışmışam. O evli biri ilə görüşüb və həmin şəxsin xanımı Yasəminə dəstək olmuşam. Həbs ona görə verilib ki, məhkəmə prosesi zaman G. Ərgən barədə danışmaq olmaz. Mən isə bu qərardan sonra efirdə açıqlamalar vermişəm. Dedim ki, bu mövzuda danışacam, susmayacam. İndi 3 gün içəridə olacam”.(Qafqazinfo)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO